Mentiq.az — məntiqli ol, uğur qazan!

Mentiq.az - məntiq imtahanına hazırlaşanlara lazım olan bütün dərs və testləri özündə birləşdirən resursdur. Bu sayt vasitəsilə Siz evdən çıxmadan, pulunuza qənaət etməklə magistratura, YÖS, dövlət qulluğu imtahanlarına hazırlaşa və uğurlu nəticələr əldə edə bilərsiniz

  •  

    Məntiqdən hazırlaşın,

    Təcrübəli müəllimlərdən onlayn dərslər alın.

  •  

    Testlərdən keçin,

    Məntiq testləri ilə biliklərinizi möhkəmləndirin.

  •  

    Məqsədinizə çatın!

    Magistratura, YÖS və dövlət qulluğu imtahanında uğur qazanın.

Qeydiyyat

Digər qeydiyyat vasitələri

Tədris proqramı

Təcrübəli müəllimlərdən video dərslər

Saytımızdakı video dərslər magistratura, YÖS və dövlət qulluğu imtahanlarının tələblərini, xüsusiyyətlərini bilən təcrübəli müəllimlər tərəfindən hazırlanıb. Bu o deməkdir ki, dərs planımızı addım-addım öyrənərək hazırlıq proqramını uğurla başa vursanız, imtahanlarda yüksək nəticə əldə edəcəksiniz.

Həmçinin dərslərə hazırlaşarkən evinizi və iş yerinizi tərk etmək məcburiyyətiniz olmadığından vaxtınıza da qənaət edəcəksiniz.

     
Testlər
     

Testi həll edin, biliklərinizi sınayın

Saytda test tapşırıqları dərslərə uyğun olaraq addım-addım verilir. Nəticə olaraq, bir dərsin testindən keçməyən tələbə növbəti dərsə “buraxılmır”. Tələbə səhv cavablarını təhlil edib təkrar hazırlaşdıqdan sonra yenidən imtahan verərək növbəti mərhələyə keçir. Bu mexanizm tədrisin keyfiyyətini təmin etməklə bərabər “müəllim nəzarəti” funksiyasını da yerinə yetirir.

Qeyd edək ki, bütün sınaq testləri real imtahanlarda düşən suallara uyğun olaraq tərtib edilir.

Canlı dərslər

Onlayn, canlı dərslərdə iştirak edin

Tələbələrin müəllimlərlə birbaşa ünsiyyət qurmasını, suallarını ünvanlayıb anındaca cavab almasını təmin etmək üçün saytımızda müntəzəm olaraq onlayn, canlı seminarlar da təşkil olunur. Ölkənin ən qabaqcıl müəllimləri tərəfindən keçirilən bu seminarlarda iştirak üçün saytda qeydiyyatdan keçmiş istifadəçilərdən heç bir əlavə ödəniş tələb olunmur.

     
Nəticələrin analizi
     

Dərs nəticələrinə nəzarət edin

Onlayn tədrisin daha bir üstünlüyü güclü analiz sisteminin olmasıdır. Bu sistem sizin tədris boyunca hansı mövzuları daha yaxşı mənimsədiyinizi, hansılarda isə zəif olduğunuzu göstərir. Əlavə olaraq, sınaq imtahanlarındakı göstəricilərinizi nəzərə alaraq real imtahanda toplaya biləcəyiniz balınız barədə təqribi proqnoz verir.

Dostlar şəbəkəsi

Dostlarla bərabər hazırlaşın

Dostlarla yarışa-yarışa öyrənmək daha əyləncəlidir. Mentiq.az saytında Siz dostlarınızla bərabər hazırlaşacaq, nəticələrinizi müqayisə edəcək, yarış və müzakirələrdə biliklərinizi daha da möhkəmləndirəcəksiniz. Rəqabət olan mühitdə nailiyyət qaçılmazdır.

     
Bizə qoşulun!

Qeydiyyatdan keçin və başlayın!

Elə indi qeydiyyatdan keçin və məntiq hazırlığına başlayın. Qeyd edək ki, istifadəçilər onlayn tədrisin keyfiyyətiylə tanış olmaq üçün ilk dərslərdə ödəniş etmədən iştirak edə bilərlər.

Qeydiyyat

Digər qeydiyyat vasitələri